...

Daşbulaqda tut bağında Çindən idxal olunmuş 130 min ting əkilib

Cəmiyyət Materials 17 Sentyabr 2025 13:13 (UTC +04:00)
Daşbulaqda tut bağında Çindən idxal olunmuş 130 min ting əkilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Media nümayəndələrinə Daşbulaq kəndində salınan tut bağında görülən işlər barəsində məlumat verilib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Prezidentin İzi ilə təşkil edilmiş ənənəvi media turda jurnalistlər Xocalı rayonunun Daşbulaq kəndində salınan 13 hektar ərazini əhatə edən tut bağında olublar.

Salınan tut bağında ilə tanışlıq zamanı jurnalistlərə məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, salınan tut bağına Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib.

Tut bağında damcılı suvarma sistemi yaradılıb. Əlavə olaraq o da qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur.

Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti