Bakı. Trend:
Bu ilin ilk 6 ayında portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947.4 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 24.9 milyon dollar azalıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə portfel investisiyaları üzrə
aktivlər dövlət (19.3 milyon dollar) sektorunun,
bankların (739.9 milyon dollar) və digər (206.9 milyon dollar)
sektorların hesabına artmış, kapitalda iştiraka
təminat verən qiymətli kağızların (18.7 milyon dollar) hesabına
azalıb.
Qeyd edilib ki, öhdəliklər isə əsasən,
kapitalda iştiraka təminat verən qiymətli kağızların (1.0 min
dollar) və digər (6.0 milyon dollar) sektorların
hesabına artıb, dövlət (30.9 milyon dollar) sektorunun hesabına isə
azalıb.