Bakı. Trend:
Ukraynadakı münaqişənin yaxın gələcəkdə həll olunacağı ehtimalı yoxdur, çünki tərəflərin danışıqlarda mövqeləri bir-birindən çox uzaqdır.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş mətbut konfransı zamanı deyib.
"Qısa müddətli perspektivində Ukrayna nizamlanmasına nikbin baxmıram", - deyə o bildirib.
Quterreş bu qənaətə gəldiyini "hər iki tərəfin mövqelərinin çox fərqli olması" ilə izah edib.
BMT-nin dünyada münaqişələrin həlli üçün Birləşmiş Ştatlarla uğurlu əməkdaşlıq edib-etmədiyini müzakirə edən baş katib Vaşinqtonun konstruktiv rol oynaya biləcəyini təklif edib.