...

Azərbaycanın cari əməliyyatlar balansının profisiti ÜDM-in 6,3%-ni təşkil edib

İqtisadiyyat Materials 17 Sentyabr 2025 10:05 (UTC +04:00)
Azərbaycanın cari əməliyyatlar balansının profisiti ÜDM-in 6,3%-ni təşkil edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 2,3 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

"Bununla da CƏB-də ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Bu isə makroiqtisadi sabitlik baxımından çox müsbət haldır", - o deyib.

S. Nəsirovun sözlərinə görə, bunun qarşılığında Azərbaycanın kapital və maliyyənin hərəkəti balansında xalis maliyyə aktivləri 3 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 230 milyon dollar artıb: "Yəni bu, kapital və maliyyənin hərəkəti balansında 2,8 milyard dollarlıq kəsirin formalaşmasını labüd edib".

S. Nəsirov yekunda vurğulayıb ki, kapital və maliyyənin hərəkəti balansındakı 2,8 milyard dollarlıq kəsiri formalaşdıran əsas amil ölkənin xalis maliyyə aktivlərinin artması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti