Bakı. Trend:
Sentyabrında 19-da Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar konfrans keçiriləcək.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, suverenlik və ərazi bütövlüyünün əldə edilməsi həmçinin iqtisadi uğurların nəticəsidir.