Bakı. Trend:
İsrail ordusunun Qəzza bölgəsində iri miqyaslı əməliyyata hazırlaşması və təxliyyə ilə bağlı xəbərdarlıqlar fonunda, şəhəri təxminən 400 minə yaxın fələstinli tərk edib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) istinadən məlumat yayıb.
Məlumata görə, Qəzza şəhərində buna qədər 1 milyona yaxın insanın yaşadığı təxmin edilirdi.
Qarşıdakı geniş-miqyaslı hücum əməliyyatları ərəfəsində İDF Qəzza şəhərinin bütün ərazilərində yaşayan fələstinlilərə dərhal zolağın cənubunda İsrail tərəfindən müəyyən edilmiş humanitar zonaya təxliyə olunmağı əmr edib.