...

Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 03:00 (UTC +04:00)
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski

Bakı. Trend:

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Zelenski “Sky News”a müsahibəsində deyib.

"Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç bir şərt olmadan görüşməyə hazıram", - deyə Ukrayna Prezidenti vurğulayıb.

O, belə bir görüş üçün Moskvaya getməyə hazır olmadığını təkrar edərək, danışıqların başqa ölkədə aparıla biləcəyini qeyd edib. “Amerikalılardan və avropalılardan çoxlu təkliflər var”, - deyə Zelenskı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti