...

IGB operatoru 2025 yanvar-avqust ayları ərzində qaz tədarük həcmlərini açıqlayıb

Energetika Materials 17 Sentyabr 2025 09:44 (UTC +04:00)
IGB operatoru 2025 yanvar-avqust ayları ərzində qaz tədarük həcmlərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin avqustunda Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Yunanıstandan Bolqarıstana nəql olunan qazın ümumi həcmi 888 790,92 MVt/ s təşkil edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq kəmərin operatoru olan ICGB şirkətindən bildirilib.

“Yanvar–avqust 2025-ci dövründə Yunanıstandan Bolqarıstana IGB vasitəsilə nəql olunan qazın həcmi 6 737 566,58 MVt/s təşkil edib”,- şirkətdən qeyd olunub.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sistemi (DESFA S.A.) və Transadriatik qaz kəməri (TAP AG) ilə Komotini şəhəri (Yunanıstan) ərazisində, həmçinin Bolqarıstanın qaz nəqli sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşir.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, layihə üzrə ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetrədəkdir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, IGB-nin gücü ildə 5 milyard kubmetrədək artırıla biləcək seçimlə layihələndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti