...

Azərbaycan - BƏƏ əlaqələri Şuşadan yeni zirvəyə ucalır - Azər Qarayev

Siyasət Materials 17 Sentyabr 2025 11:49 (UTC +04:00)
Azərbaycan - BƏƏ əlaqələri Şuşadan yeni zirvəyə ucalır - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə Şuşada baş tutan geniş tərkibdə görüşü, təkcə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi deyil, eyni zamanda Azərbaycanın regional və beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malik bir hadisədir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O bildirib ki, Şuşada keçirilən bu görüşün məkanı özü artıq siyasi mesaj daşıyır.

"Şuşa Qarabağın rəmzi və mədəniyyət paytaxtı olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərin dirçəlişini və Azərbaycanın suverenliyini təcəssüm etdirir. BƏƏ Prezidentinin bu şəhərə səfəri, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə verilən beynəlxalq dəstəyin açıq və yüksək səviyyəli ifadəsidir. Bu görüş həm də Azərbaycanın postmünaqişə dövründə yeni reallıqlar qurmaqda uğur qazandığını, və həmin reallıqların nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən qəbul edildiyini göstərir."

A.Qarayev qeyd edib ki, görüş iqtisadi və investisiya əməkdaşlığı baxımından əhəmiyyəti böyükdür.

"Görüş zamanı qeyd olundu ki, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bərpaolunan enerji sahəsində (Masdar layihələri daxil olmaqla) geniş perspektivlər mövcuddur.Qarşılıqlı ticarət dövriyyəsi, xüsusilə qeyri-neft sektorunda artmaqdadır. Nəqliyyat və logistika sahəsində yeni müqavilələr imzalanıb.Görüş Azərbaycanın bölgələrinə investisiya cəlb etmək, eləcə də ölkənin iqtisadi şaxələndirməsini gücləndirmək məqsədlərinə birbaşa xidmət edir."

Politoloq bildirib ki, görüş geosiyasi və diplomatik baxımdan əhəmiyyətlidir.

"BƏƏ Cənubi Qafqazda aktivləşən yeni oyunçulardan biridir. Onun Azərbaycanda – xüsusilə Qarabağda – iştirakı müsbət nəticələrə səbəb ola bilər. Belə ki, Azərbaycanın ərəb və İslam dünyasında nüfuzu artır. BƏƏ vasitəsilə Körfəz ölkələri ilə daha sıx siyasi-iqtisadi inteqrasiya imkanı yaranır. Azərbaycan bu cür strateji əməkdaşlıqla bölgədə beynəlxalq tərəfdaşlıq formatlarını genişləndirir, bu da Ermənistanla danışıqlarda mövqeyini möhkəmləndirir.Görüş Azərbaycanı təkcə regional yox, qlobal diplomatik platformalarda mühüm tərəfdaş kimi göstərir."

Görüşün informasiya və imic baxımından əhəmiyyətinə toxunan politoloq qeyd edib ki, belə bir görüşün Şuşada keçirilməsi Qarabağın təhlükəsiz və investisiya üçün açıq zona olduğu mesajı verilir

"Azərbaycan bərpa və quruculuq işlərini təkbaşına yox, strateji müttəfiqlərlə birlikdə apardığını göstərir.Prezident İlham Əliyevin liderlik fəlsəfəsi – nəticəyönümlü, təhlükəsizlik və inkişaf əsaslı – bir daha nümayiş etdirilir.Görüş Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir və ölkəyə qarşı inamı artırır.Nəticə Prezident İlham Əliyevlə Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşada keçirilmiş geniştərkibli görüşü Azərbaycanın geosiyasi mövqeyini gücləndirən, Qarabağ bölgəsini qlobal iqtisadi inteqrasiyaya cəlb edən, İslam və ərəb dünyası ilə mədəni-siyasi bağları möhkəmləndirən və nəticə etibarilə regionda sülh və sabitliyə töhfə verən çoxvektorlu bir hadisədir.Bu görüş eyni zamanda Azərbaycanın "qalib ölkə olaraq əməkdaşlığa açıq və güclü tərəfdaş" imicini bir daha təsdiqləmiş oldu", - deyə A.Qarayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti