Bakı. Trend:
Bu ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 milyard dollar təşkil edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə turizm xidmətləri üzrə ixracın
(946.4 milyon dollar) idxalı (752.1
milyon dollar) üstələməsi nəticəsində 194.3 milyon dollar həcmində
profisit yaranıb: "Bu dövrdə xaricə
səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn
xarici vətəndaşların sayı isə 1.1% azalıb. Xarici ölkələr
tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən
xidmətlərin həcmi 752.1 milyon doar olub. Bunun 77.4%-i Azərbaycan
vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün
vəsaitlər istisna olmaqla)".
"Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2.0 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 32.7% artaraq 1.1 milyatd dollar olub", - deyə məlumatda qeyd edilib.