...

Hindistanda dağıdıcı musson yağışları: azı 17 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 13:03 (UTC +04:00)
Hindistanda dağıdıcı musson yağışları: azı 17 nəfər həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Uttaraxand ştatında musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həyatını itirib.

Bu barədə Trend Hindistan KİV-ə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 20 nəfərdən çox insanın itkin düşdüyü bildirilir. Daşqınlar Dexradun rayonunda nəqliyyat infrastrukturuna ciddi ziyan vurub, bir sıra yaşayış evləri və mehmanxanalar dağılıb.

Bundan başqa su axının şiddətlənməsi səbəbilə Rispana və Bindal çayları üzərindəki körpülər çöküb. Bu isə yerli sakinlərə yardımın göstərilməsini, ümumilikdə xilasetmə-axtarış tədbirlərini çətinləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti