Bakı. Trend:
Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb.
Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000
manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.
"Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34
yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin
üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə
metamfetamin də aşkarlanıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir",- məlumatda qeyd
edilib.