...

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası Azərbaycanda keçiriləcək (FOTO)

Siyasət Materials 17 Sentyabr 2025 12:27 (UTC +04:00)
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası Azərbaycanda keçiriləcək (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

15-17 sentyabr 2025-ci il tarixlərində Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) 11-ci iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri - K. Qarib Abadi), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. İclas zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası Azərbaycan Respublikasında diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti