...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 17 Sentyabr 2025 12:36 (UTC +04:00)
Sabah hava necə olacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda qısamüddətə fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +15 dərəcədən +19 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +6 dərəcəyədək, gündüz +7 dərəcədən +11 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti