Bakı. Trend:
İsrailin Qəzza bölgəsinin əsas kommunikasiya xəttlərinə hədəflənmiş aviazərbələri nəticəsində Qəzzanın şimalı internetsiz və telefon rabitəsiz qalıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, internetsiz və rabitəsiz qalan Qəzza sakinlərinin ətraf aləmdən təcrid olunub, aparıcı agentliklər yerli mənbələr və müxbirlərlə əlaqə yarada bilmir.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri yaxın zamanda Qəzza şəhərində geniş-miqyaslı hərbi əməliyyata hazırlaşır. Yerli sakinlərin təhlükəsiz zonalara təxliyə olunmaları tələb olunub. Artıq 400 minə yaxın fələstinlinin Qəzza şəhərini tərk etdiyi bildirilir.