...

Mingəçevirdə zəncirvari qəzada bir nəfər yaralanıb

Hadisə Materials 17 Sentyabr 2025 16:18 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə baş verən zəncirvari qəzada sərnişin xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, şəhər ərazisində hərəkətdə olan "Hyundai" markalı avtomobil "Nissan" markalı avtomobil ilə toqquşub.

Zərbənin təsirindən "Nissan" markalı avtomobil yol kənarında dayanmış vəziyyətdə olan "Opel" markalı avtomobilə çırpılıb.

Baş verən qəza zamanı "Nissan" da olan sərnişin 1983-cü il təvəllüdlü Müseyibov Nəsimi müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti