...

Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyi açılacaq

Dünya xəbərləri Materials 17 Sentyabr 2025 14:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyi açılacaq.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola açıqlama verib.

“Biz hər gün Ukraynada olmaq, bərabər işləmək məqsədilə Avropa Parlamentinin daimi nümayəndəliyini burada, Kiyevdə açırıq”, - Metsola Ukrayna Ali Radasının iclasında deyib.

Qeyd edək ki, sentybarın 17-də Avropa Parlamentinin sədri Metsola Kiyevə rəsmi səfər edib. Avropa Parlamentinin sədri Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyən siyasətçilərdəndir və artıq bir neçə ildir ki, bununla bağlı çıxışlar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti