Bakı. Trend:
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Hindistana ümumilikdə 782 min dollar məbləğində 1,747 min ton xam neft və bitum süxurlardan əldə olunmuş neft məhsulları ixrac olunub.
Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin anoloji dövrünün göstəriciləri ilə müqayisədə, dəyər ifadəsində ixrac 646 milyon dollar və ya 99,9% azalıb, həcm ifadəsində isə 1,028 milyon ton və ya 99,8% azalıb.
Keçən ilin ilk səkkiz ayı ərzində Azərbaycandan Hindistana 646,8 milyon ABŞ dolları dəyərində 1,029 milyon ton xam neft və neft məhsulları ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 15,925 milyon ton həcmində və 8,396 milyard ABŞ dolları məbləğində xam neft və bitum tərkibli neft məhsulları ixrac edilib.