...

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 17 Sentyabr 2025 17:33 (UTC +04:00)
Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Xəbər lenti

Xəbər lenti