Bakı. Trend:
"China Eastern Airlines" Şanxay və Buenos-Ayresi birləşdirən yeni
marşrutu üçün aviabiletlərin satışına başlayıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, Şanxayın Pudonq Beynəlxalq Hava Limanından qalxan uçuş Argentina paytaxtının Ministro Pistarini Beynəlxalq Hava Limanına çatmaq üçün təxminən 25,5 saat, geri dönüş isə 29 saat davam edəcək.
Qeyd edək ki, hər iki reys Yeni Zelandiyanın Oklend şəhərində iki saatlıq dayanmalı olacaq. Bu müddət ərzində sərnişinlər fasilə üçün təyyarədən enə bilərlər, buna görə də uçuşlar "birbaşa" olsa da, fasiləsiz deyil.