Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.
Trend Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.