Bakı. Trend:
Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.