Bakı. Trend:
Narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdiriləcək.
Trend xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, icra müddəti 2025-ci ili əhatə edəcək.
Nazirlər Kabineti əsas icracı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu isə digər icraçı qurumlar kimi təyin edilib.