Bakı. Trend:
Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi əmək müqaviləsinin yoxlanması ilə bağlı keçirilmiş nəzarət tədbirləri nəticəsində 480 min manat maliyyə sanksiyası tətbiq edib.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, hesabat ilində 240 fiziki şəxsin müqaviləsiz işə cəlb edilməsi halı müəyyən edilib.
Eyni zamanda dövr ərzində əmək müqaviləsinin yoxlanması ilə bağlı 41 vergi ödəyicisində, 49 obyektdə nəzarət tədbirləri həyata keçirilib.