Bakı. Trend:
Əfqanıstan hökuməti ölkənin ali lideri Heybətullah Axundzadənin əmri ilə beş əyalətdə internet təchizatını dayandırıb.
Trend bu barədə xarici KİV- ə istinadən xəbər verir.
Məlumata görə Qəndahar, Uruzqane, Gilmənd, Nimruz və Balx əyalətlərində internetə giriş qadağan edilib. Adı çəkilən vilayətlərdə bütün WiFi – qoşulmaların bütün mənbələri dekativləşdirilib.
Ölkə üzrə fiber-optik internet provayderlərinin fəaliyyətinin demək olar ki, tamamilə dayandırıldığı qeyd edilib.