...

Azərbaycanın Rusiyanın futbol yarışlarına qayıdışı təklifini dəstəkləməsi məlumatı həqiqəti əks etdirmir – AFFA

Gündəm Materials 17 Sentyabr 2025 16:23 (UTC +04:00)
Azərbaycanın Rusiyanın futbol yarışlarına qayıdışı təklifini dəstəkləməsi məlumatı həqiqəti əks etdirmir – AFFA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpasını dəstəkləməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, UEFA-dan hər hansı müraciət daxil olmayıb.

“UEFA İcraiyyə Komitəsi Rusiyanın Avropa turnirlərinə qaytarılması ilə bağlı mövqeyimizi bildirməyimiz üçün bizə müraciət etməyib. Bu kimi qərarlar quruma üzv ölkələr səviyyəsində yox, UEFA İcraiyyə Komitəsi səviyyəsində qəbul olunur. Azərbaycan UEFA İcraiyyə Komitəsində təmsil olunmur”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Rusiya mətbuatında UEFA-nın Albaniyada keçirilən iclasında Azərbaycanın Rusiya millisi və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpa edilməsini dəstəklədiyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, Azərbaycanla yanaşı, Qazaxıstan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və Macarıstan bu təklifə tərəfdar çıxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti