Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev VII Dünya və ənənəvi dinlərin rəhbərlərinin qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə qazaxıstanlı dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan və Azərbaycan dinlərarası dialoqun inkişaf etdirilməsi və xalqlar və dövlətlər arasında qarşılıqlı etibarın möhkəmləndirilməsi məsələlərində oxşar mövqe tuturlar.
“Dinlərarası qarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə vermək istiqamətində ümumi səylər ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacaq”,- deyə Prezident vurğulayıb.