Bakı. Trend:
Kanada bankı zəif əmək bazarı və inflyasiya təzyiqlərinin azalmasını nəzərə alaraq, altı ayda ilk dəfə əsas faiz dərəcəsini endirib.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, mərkəzi bank çərşənbə günü dərəcəni 25 baza bəndi azaldaraq 2,5%-ə qədər endirib. Bu, son üç ilin ən aşağı göstəricisidir.
Xatırladaq ki, ötən ilin iyun ayından mart ayına qədər bank ümumilikdə 225 baza bəndi endirim etmiş, mart ayında isə yumşaldıcı siyasətini dayandırmışdı.
Kanada bankının rəhbəri Tiff Maklem ABŞ tariflərinin zərərli
təsirlərinə dair qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb:
“Daha zəif iqtisadiyyat və inflyasiyanın azalması riski fonunda
İdarəetmə Şurası əsas dərəcənin endirilməsini risklərin
tarazlaşdırılması baxımından məqsədəuyğun hesab etdi,” – deyə o,
jurnalistlərə bildirib.
Maklem əlavə edib ki, bank riskləri qiymətləndirməyə davam edəcək, daha qısa müddətli proqnozlara üstünlük verəcək və yeni məlumatlara operativ reaksiya verəcək.
Onun sözlərinə görə, faiz dərəcəsinin azaldılması İdarəetmə Şurasının yeddi üzvünün yekdil qərarı olub. Əsas faiz dərəcəsi sonuncu dəfə 2022-ci ilin iyulunda 2,5%-ə düşmüşdü.