...

İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

İdman Materials 17 Sentyabr 2025 21:28 (UTC +04:00)
İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnold zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Marsel”lə keçirilən oyunda (2:1) ayaq əzələsindən xəsarət alıb.

26 yaşlı sağ cinah müdafiəçisinin bərpa prosesi təxminən iki ay davam edəcək.

Qeyd edək ki, Aleksandr-Arnold mövsümün əvvəlində “Liverpul”la müqaviləsinin başa çatmasının ardından azad agent kimi “Real Madrid”ə keçib. İngiltərə millisinin üzvü “kral klubu”nun heyətində indiyədək 10 rəsmi matçda çıxış edərək 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti