Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti (2019–2022) Jair Bolsonaroda dəri xərçəngi diaqnozu qoyulub.
Trend-in CNN Brasil-ə istinadən verdiyi məlumata görə, Bolsonaro hazırda həkim nəzarəti altındadır.
Onu müalicə edən həkim bildirib ki, dəri zədələri erkən
mərhələdə aşkarlanıb:
“Pasiyent vaxtaşırı müayinələrdən keçəcək və dərisinin digər
nahiyələrində zədələrin yaranmaması üçün mütəmadi monitorinq
olunacaq. Mövcud yaralar çıxarılıb, lakin dərisinin ümumi
vəziyyətinə dair nəticələr hələ ilkin xarakter daşıyır”.
Məlumata görə, keçmiş prezidentin döş qəfəsi və qolunda dəri zədələri qeydə alınıb.