Bakı. Trend:
Danimarka Silahlı Qüvvələri Qrenlandiya ərazisində hərbi təlimlər təşkil edib.
Trend-in Reuters-ə istinadən məlumatına görə, bu barədə Danimarkanın Arktika qüvvələrinin komandanı Soren Andersen açıqlama verib.
“Biz Amerikanın Pituffik bazasındakı həmkarlarımızla əməkdaşlıq edirik, lakin onların bölmələri bu təlimlərə dəvət edilməyib”, – deyə Andersen bildirib.
Hərbi analitik Hans Peter Mişelsen isə təlimləri Danimarkanın NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində ərazi idarəçiliyinə məsuliyyətli yanaşmasının göstəricisi adlandırıb.