Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya uçan təyyarəsi Nyu-York üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.
Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, aviadispetçer yaxınlaşmanı görərək sərnişin təyyarəsinin heyətinə toqquşmanın qarşısını almaq üçün kursu dəyişməyi əmr edib.
Qeyd olunur ki, Tramp Böyük Britaniyaya ikinci dövlət səfəri ilə sentyabrın 16-da axşam gəlib. Onun ilk dövlət səfəri isə 2019-cu ildə, prezidentliyinin ilk dövründə baş tutmuşdu.