Bakı. Trend:
Əfqanıstanın "Ali lideri" Heybətullah Axundzadə ölkə daxilində fiber-optik internet və Wi-Fi xidmətlərinin qadağan edilməsi barədə qərar verib.
Trend"Afghanistan International"a istinadən xəbər verir ki, bu qərar qəti və geri dönməz elan olunub. Artıq ölkənin 34 əyalətindən 10-da internet xidməti tamamilə işləmir.
Məlumata əsasən, Qəndəharda "ali lider"lə görüşmək üçün Kabildən gələn hökumət nümayəndə heyəti ilə aparılan danışıqlar nəticəsiz başa çatıb.
Mənbələr bildirir ki, Axundzadə yalnız dövlət qurumları və diplomatik nümayəndəliklərin internetə çıxışını təmin edəcək yeni şirkətin yaradılmasına göstəriş verib.