...

"Benfika" Joze Mourinyo ilə razılığa gəldi

İdman Materials 18 Sentyabr 2025 07:05 (UTC +04:00)
"Benfika" Joze Mourinyo ilə razılığa gəldi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın "Benfika" klubu məşhur mütəxəssis Joze Mourinyonun baş məşqçi təyin edilməsinə razılıq verib.

Trend xəbər verir ki, tərəflər arasında müqavilənin şərtləri tam razılaşdırılıb.

"Fənərbaxça"nın keçmiş baş məşqçisi artıq Lissabondadır və növbəti 24 saat ərzində müqavilə imzalayacaq.

Mourinyo ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti