...

Azərbaycan və Almaniya arasında yanvar-avqust aylarındakı ticarət dövriyyəsinin həcmi açıqlandı

İqtisadiyyat Materials 18 Sentyabr 2025 11:49 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında yanvar-avqust aylarındakı ticarət dövriyyəsinin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,032 milyard (ABŞ) dollar təşkil edib.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2024-cü ilin anoloji dövrü ilə müqayisədə 51,3 milyon dollar və ya 5,2 faiz çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) 3,2 faizini təşkil edib. Beləcə, Almaniya Azərbaycanın ticarət əməliyyatlarının həcminə görə əməkdaşlığ etdiyi ölkələr arasında beşinci yerdə qərarlaşıb.

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycandan Almaniyaya ixrac 466,3 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon ABŞ dolları və ya 5,4 faiz azdır. Eyni zamanda, göstərilən dövrdə Almaniyadan Azərbaycana idxal 566,9 milyon dollar olub ki, bu da illik ifadədə 27,8 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan ümumilikdə 32,1 milyard ABŞ dolları həcmində xarici ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. İxracın payına 18,2 milyard ABŞ dolları, idxalın payına isə 12,8 milyard ABŞ dolları düşüb. Beləliklə, illik ifadədə ixrac 6,4 faiz azalıb, idxal isə 17,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti