Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin 18-dən 19-da keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz
olunacaq, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə +16 dərəcədən +19 dərəcəyədək, gündüz +21
dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə
sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %,
gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +14 dərəcədən +17 dərəcəyədək, gündüz +18
dərəcədən +23 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +6
dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək olacaq.