...

Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Sentyabr 2025 11:46 (UTC +04:00)
Yevlax şəhərində yeni yeraltı piyada keçidinin inşası yekunlaşmaq üzrədir (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçidin eni 5 metr, hündürlüyü 3,2 metr, ümumi uzunluğu isə 47 metr təşkil edir. Bu uzunluğun 37 metri qapalı şəkildə layihələndirilib.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən təsdiq olunmuş iş qrafikinə əsasən aparılır. Layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.

Yeraltı piyada keçidinin inşası, vətəndaşların magistral avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti