...

Fransada bu gün kütləvi etirazlar gözlənilir: 80 min polis səfərbər olunub

Dünya xəbərləri Materials 18 Sentyabr 2025 11:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada hökumətin təklif etdiyi büdcə ixtisarlarına etiraz olaraq ölkədə ümumilli tətil elan olunub, gün ərzində əsas həmkarlar ittifaqlarının iştirakı ilə ölkədə kütləvi nümayişlərin və yürüşlərin təşkil olunacağı gözlənilir.

Bu barədə Trend xarici KİV-ə istinadla xəbər verir.

Aksiyalar yeni baş nazir Sebasten Lekornunun ölkənin böyük büdcə kəsiri və borcunu həll etmək üçün siyasi rəqiblərlə danışıqlar aparması fonunda elan edilib. Həmkarlar ittifaqları Lekornunun sələfinin ( əvvəlki baş nazirin) təqdim etdiyi, sosial təminat ödənişlərinin dondurulması və sərt qənaət siyasətini nəzərdə tutan büdcə layihəsindən imtina etməsini tələb edirlər.

Onların fikrincə, bu tədbirlər aşağı maaşlı və orta təbəqə işçilərinin alıcılıq qabiliyyətini daha da zəiflədəcək. Baş nazir dəyişikliyindən əvvəl yayımlanan birgə bəyanatda həmkarlar ittifaqları bu təklifləri “misilsiz qəddarlıq” adlandıraraq, əvvəlki hökumətin “işçiləri, qeyri-sabit məşğulluqda olanları, təqaüdçüləri və xəstələri bu yükü daşımağa məcbur etməsini” təəssüflə qeyd ediblər.

Həmkarlar ittifaqları, həmçinin minimum pensiya yaşını 62-dən 64-ə qaldıran prezident Emmanuel Makronun pensiya islahatını da tənqid atəşinə tutmaqda davam edirlər.

Vəzifədən gedən daxili işlər naziri Bruno Retayyo çərşənbə günü küçələrdə “çox güclü səfərbərlik” gözlədiyini bildirib. Onun sözlərinə görə, ölkə üzrə təxminən 80 min polis və jandarm səfərbər ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti