Bakı. Trend:
Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərində 65 fərdi evin cari təmirinin layihələndirilməsi işləri aparılacaq.
Trend-in məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Belə ki, qurum sözügedən işlərin icrasını “Himmen Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 62 293 manat ödənilib.
İşlərin həvalə olunduğu “Himmen Construction” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Vəkilov Sənan Sahib oğludur.