...

Avropada yay istiləri 16 500 nəfərin ölümünə səbəb olub

Turizm Materials 18 Sentyabr 2025 01:54 (UTC +04:00)
Avropada yay istiləri 16 500 nəfərin ölümünə səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi nəticəsində bu yay Avropa şəhərlərində temperaturun artması 16 500 nəfərin ölümünə gətirib çıxarıb. Bu göstərici istidən ölüm hallarının 68 faizinə bərabərdir. Ümumilikdə isə 854 şəhərdə 24 400 nəfərin ekstremal istilərdən öldüyü güman edilir.

Trend-in “Tagesschau”a istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı alimlərin araşdırmasında bildirilib.

Araşdırma yalnız Avropa əhalisinin 30 faizini əhatə edən şəhərləri əhatə etdiyindən, nəticələr bütün qitə üzrə tam mənzərəni əks etdirmir. Buna baxmayaraq, tədqiqat göstərir ki, Cənubi Avropa paytaxtları uzunmüddətli istilərin təsirinə daha çox məruz qalıb. Məlumata görə, istilər nəticəsində Romada 835, Afinada 630, Parisdə 409, Madriddə 387, Buxarestdə 360, Londonda 315, Berlində isə 140 ölüm halı qeydə alınıb.

Qeyd olunub ki, istilər xüsusilə sürətlə qocalan Avropa əhalisi üçün daha böyük təhlükə yaradır. Yaşı 65-dən yuxarı olanlar bütün istidən ölüm hallarının təxminən 85 faizini təşkil edib.

Xəbər lenti

Xəbər lenti