Bakı. Trend:
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif qarşılıqlı strateji müdafiə sazişi imzalayıblar.
Trend-in SPA xəbər agentliyinə istinadla verdiyi məlumata görə, saziş iki ölkənin region və dünya təhlükəsizliyini gücləndirmək, sülh və firavanlıq səylərini dəstəkləmək məqsədi daşıyır.
Sənəddə qeyd olunur ki, müqavilə müdafiə sahəsində əməkdaşlığın müxtəlif aspektlərini inkişaf etdirməyi və istənilən təcavüzə qarşı qarşılıqlı çəkindirməni gücləndirməyi nəzərdə tutur.
“Müqaviləyə əsasən, iki ölkədən birinə qarşı hər hansı təcavüz hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndiriləcək”, – məlumatda vurğulanıb.