Bakı. Trend:
Kolumbiyanın mərkəzində, Funsa bələdiyyəsində polis idarəsində baş verən iğtişaş zamanı 6 məhbus həlak olub.
Trend xəbər verir ki, məlumatı Kundinamarka departamentinin qubernatoru Xorxe Rey Anxel yayıb. Qubernator bildirib ki, saxlanılanlar döşəkləri yandıraraq yanğına səbəb olublar.
Hadisə nəticəsində altı məhbus reanimasiyada, digər bir məhbus isə sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.