...

AYİB Azərbaycandakı layihələrinin portfeli haqda yenilənmiş məlumatları təqdim edib

İqtisadiyyat Materials 18 Sentyabr 2025 10:20 (UTC +04:00)
AYİB Azərbaycandakı layihələrinin portfeli haqda yenilənmiş məlumatları təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin avqust ayının sonuna olan göstəriciyə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gerçəkləşdirdiyi layihələrin portfeli 954 milyon avro təşkil edir və 35 layihədən ibarətdir.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Bankın həmin layihələrdə iştirak payı 1 faiz, əməliyyat aktivləri isə 697 milyon avro həcmində qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 38 faizdir.

AYİB-in Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri ölkə iqtisadiyyatına ümumilikdə 3,673 milyard avro investisiya yatırılıb. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3,368 milyard avro təşkil edir.

İndiyədək AYİB Azərbaycanda 200 layihənin həyata keçirilməsinə dəstək göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti