...

AFFA “Neftçi”ni 8000 manat cərimələyib

İdman Materials 18 Sentyabr 2025 13:22 (UTC +04:00)
AFFA “Neftçi”ni 8000 manat cərimələyib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsi “Neftçi”ni 8000 manat məbləğində cərimələyib.

Trend milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, qərar İntizam Komitəsinin son iclasında qəbul edilib.

Buna Bakı klubunun azarkeşlərinin Misli Premyer Liqasının IV turunun “Sabah”la oyunundakı (0:0) davranışları səbəb olub. Paytaxt təmsilçisi meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 3000, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün isə 5000 manat cərimələnib.

“Şamaxı” – “Karvan-Yevlax” oyununda isə ev sahibi komandanın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.

Xəbər lenti

Xəbər lenti