Bakı. Trend:
Cari ilin ilk 6 ayı ərzində Qazaxıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 12,8 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövri ilə müqayisədə 10,7 milyon dollar və ya 6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycan iqtisadiyyatına edilən birbaşa xarici investisiyaların ümum həcmində Qazaxıstan investisiyalarının payı 0,4 faiz təşkil edib.
Öz növbəsində, cari ilin ilk 6 ayı ərzində Azərbaycan Qazaxıstan iqtisadiyyatına 6,5 milyon dollar həcmində sərmaye qoyub ki, bu da ötən ilin anoloji dövri ilə müqayisədə 960 min dollar və ya 12,8 faiz azdır.
Azərbaycan investisiyalarının Qazaxıstana edilən birbaşa xarici investisiyaların ümumi həcmindəki xüsusi çəkisi 0,5 faiz təşkil edir.
2024-cü ilin ilk 6 ayında Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 2,11 milyon ABŞ dolları, Azərbaycandan bu ölkəyə yatırılan investisiyaların həcmi isə 7,504 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk yarısında Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya 8,2% çoxdur.