...

Bu ilin 8 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5874 cinayət faktı aşkarlanıb

Gündəm Materials 18 Sentyabr 2025 15:51 (UTC +04:00)
Bu ilin 8 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5874 cinayət faktı aşkarlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5874 cinayət faktı aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd edilib.

Bildirilib ki, onlardan 1818-i narkotik vasitələrin qanunsuz satışı, 3890-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 164-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq 966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938 qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və 103 kq 759,433 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti