...

Sahibə Qafarova AİPA-nın Baş Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri barədə məlumat verib

Siyasət Materials 18 Sentyabr 2025 16:57 (UTC +04:00)
Sahibə Qafarova AİPA-nın Baş Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri barədə məlumat verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının plenar iclasında çıxışı zamanı Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında məlumat verib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir.

O, xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıb və 2020-ci ildə işğaldan azad edilib.

Spikerin sözlərinə görə, tamamilə dağıdılmış həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin bu regionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onların ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti