Beyləqan. Trend:
Beyləqanda həyat yoldaşını bıçaqlayan kişi saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb.
Araşdırma aparılır.
xxx
13:09
Beyləqanda kişi həyat yoldaşını bıçaqlayıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.
Rayon sakini 1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı sağ saidin kəsilmiş açıq yarası ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən Ü.Mahmudlu ailədaxili mübahisə zəminində həyat yoldaşı tərəfindən xəsarət yetirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.