...

Azərbaycan və Almaniya arasında ilk yarım il ərzində birbaşa xarici investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 Sentyabr 2025 12:33 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında ilk yarım il ərzində birbaşa xarici investisiyaların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Almaniyadan Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 17,029 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından bildiriblər.

Məlumatlara görə, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ABŞ dolları və ya 61,4% azdır.

Hesabat ilində Almaniyadan gələn investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,5% təşkil edib.

Öz növbəsində, cari ilin ilk 6 ayında Azərbaycan Almaniyanın iqtisadiyyatına 14 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 602 min ABŞ dolları və ya 4,1% azdır.

Azərbaycanın Almaniyaya investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı xüsusi çəkisi 1% təşkil edib. Beləliklə, Almaniya Azərbaycan üçün ən çox investisiya yatırdığı ölkələr arasında 11-ci yerdə qərarlaşıb.

2024-cü ilin ilk 6 ayında Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 44,2 milyon ABŞ dolları, Azərbaycandan bu ölkəyə investisiyaların həcmi isə 14,575 milyon ABŞ dolları olub.

Cari ilin ilk 6 ayında Azərbaycanın iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya 8,2% çoxdur.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 1,350 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya 35,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti