Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, 19-u axşamdan 20-si səhərədək isə yarımadanın
ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli
olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava
şəraitinin sentyabrın 21-i axşamadək davam edəcəyi, fasilələrlə
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu
düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel
keçəcəyi gözlənilir.